Kateqoriya: Yeməklər
Narşərablı bulqur salatı
Hazirlanmasi
3 xörək qaşığı narşərab, sarımsaq, duz, istiot qarışdırılır və toyuq budları bu qarışımda ən azı 2 saat marinə edilir. Ardınca, bulqur qaynadılır və süzülür. Üzüm, püstə, cəfəri, nanə, duz, istiot, zeytun yağı və qalan 1 x/q narşərab süzülmüş bulqura əlavə olunur və qarışdırılır. Marinə edilmiş toyuq budları qızardılır və hazırlanmış salatın üzərində servis edilir.
Ingredients
6 toyuq budu
2 diş sarımsaq
4 xörək qaşığı narşərab
Duz
İstiot
1 stəkan bulqur
½ stəkan üzüm
⅓ stəkan püstə
2 xörək qaşığı zeytun yağı
¾ stəkan doğranılmış cəfəri
½ stəkan doğranılmış nanə
1 xörək qaşığı qarğıdalı yağı
¼ stəkan nar dənəsi
Məhsullar