İxracat

Xarici ölkələrə Saville nar şirəsi və narşərab eksportu ilə əsas məqsədimiz ölkə iqtisadiyyatına öz töhfəmizi verərək ixrac potensialını yüksəltmək, yerli istehsal sərhədlərini böyütməkdir. Öz yüksək keyfiyyəti ilə seçilən məhsullarımızı Asiya, Avropa, Amerika qitəsinin 40-dan çox ölkəsinə ixrac etməklə dünya bazarındakı mövqeyimizi günbəgün möhkəmləndiririk.

 

 

Hal-hazırda məhsullarımız Qazaxıstan, Belarus, Gürcüstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Rusiya, Almaniya, İsveç, Fransa, Polşa, Finlandiya, Çexiya, İngiltərə, Hollandiya, Litva, Latviya, Estoniya, Moldova, İsveçrə, ABŞ, Kanada, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İsrail, Çin, Tayland, Malayziya, Avstraliya kimi ölkələrə ixrac olunur. Məhsullarımız, ixrac edilən ölkələrin, əsasən da MDB məkanı üzrə, əksər market şəbəkələrində təmsil olunmaqdadır.

 

 

Saville nar şirələri, Köln şəhərində “Anuga”, Dubayda “Gulfood”, Moskvada “Prodexpo” və “WorldFood Moscow”, Çibada “Jetro Foodex Japan”, Riqada “RigaFood”, Şanxayda “China İmport-Export Expo”, Kiyevdə “WorldFood Ukraine”, Moldovada “MoldExpo” və bir çox digər sərgilərdə uğurla iştirak etmişdir.