Həmişə təzə-təzə!
Dadlı antioksidantlar
Təbii Vitamin C qaynağı
Güclü immunitet
Azərbaycan Narı
Qədim zamanlardan bəri Şərqdə nar “Meyvələrin şahı” sayılır. Hətta hesab olunur ki, nar kralların baş geyimi olan tacı insanlara təlqin etmişdir. Məhsuldarlıq, bolluq və daimi həyat simvolu olan nar meyvəsinin vətəni isə Azərbaycan hesab olunur. Azərbaycanda bir çox nar sortları yetişdirilir. Onlardan ən qiymətliləri Şirvan zonasında yetişdirilən Şelli mələsi, Bala Mürsəl, Şahnaz Ağşirin, Gülövşə, Vələs sortlarıdı. Nar, məhsuldarlıq, bolluq və daimi həyat simvolu hesab olunur.
Haqqımızda
2012-cü ildə istehsalına başlanılmış Saville nar şirəsi məhsulları, Biləsuvar rayonunda yerləşən, müasir avadanlıqlarla təchiz olunmuş “Azərsun Kənd Təsərüffatı Məhsulları” MMC tərəfindən, dünya keyfiyyət standartlarına uyğun istehsal olunur. İstehsal prosesi gigiyena şərtlərinə uyğun olaraq həyata keçirilir, qablaşdırmalar xüsusi şəraitdə sterilizasiya edilir və məhsullar pasterizə olunur. Fabrika ilə yanaşı 310 hektar sahədə salınmış nar bağlarımızın olması məhsullarımızın təzəliyinin və keyfiyyətinin əsas zəminlərindən biri sayılır. Saville nar şirələri NFC şirə kateqoriyasına aid olaraq, soyuq sıxma üsulu ilə istehsal olunaraq artıq 40-dan çox ölkədə istehlakçıların etibarını qazanmışdır.