Kateqoriya: Şirniyyatlar
Nar Souslu Çizkeyk
Hazirlanmasi
- Ilk öncə, peçenye, şəkər tozu və duz blenderdə toz halına gələnə kimi qarışdırılır. Daha sonra, kərə yağı əlavə olunur və qarışdırılır. Qarışım, yağlanmış bişirmə qabına yayılır və qızarana qədər, təxminən 15 dəqiqə sobada bişirilir.
- Krem pendir, mikser vasitəsi ilə çırpılır. Daha sonra, şəkər tozu və vanil əlavə edilir. Ardınca, yumurtalar tək-tək əlavə edilərək çırpılır və sonda xama əlavə olunur. Qarışım, hazır, soyumuş xəmirin üzərinə tökülür və 150° sobada 1 saat bişirilir. Bişdikdən sonra, 2 saat otaq temperaturunda soyudulur və ən azı 6 saat soyuducuda saxlanılır.
- Sous üçün, nar şirəsi və şəkər tozu 15 dəqiqə ərzində qaynadılır, soyuduqdan sonra isə nar dənələri əlavə edilir. Daha sonra bu qarışım çizkeykin üzərinə əlavə olunur və servis edilir.
Ingredients
Xəmir:
5 xörək qaşığı əridilmiş kərə yağı
12 ədəd sadə peçenye
1/4 stəkan şəkər tozu
1/4 çay qaşığı duz
İçlik:
225qr. krem pendir
1, 1/4 stəkan şəkər tozu
1 paket vanil
4 yumurta
1/2 stəkan xama
Nar sousu:
2 stəkan nar şirəsi
1/4 stəkan şəkər tozu
1/2 stəkan nar dənəsi
Məhsullar