ƏN ÇOX SORUŞULAN SUALLAR

Saville məhsullarının saxlama müddəti 2 ildir. İstehsal və son istifadə tarixi qablaşdırmaların üzərində qeyd olunur. Saville nar şirəsi, qapağı açıldıqdan sonra soyuducuda saxlanılmalı və maksimum 3 gün ərzində istifadə olunmalıdır.
Saville məhsulları pasterize olunduğu və vakuumlu şəraitdə, oksigenlə temas olmadan qapadıldığı üçün, 2 il ərzində heç bir qoruyucu olmadan saxlanıla bilir.
1L Saville nar şirəsi üçün təxminən 15 ədəd və ya 3kg nar istifadə olunur.
Saville nar şirələri 100% təbii narlardan istehsal olunur və tərkibində heç bir şəkər əlavəsi yoxdur.
Nar şirəsini 00-250C temperaturda və havanın nisbi rütubətinin 75%-dən çox olmadığı şəraitdə saxlayın. Soyuducuda saxlanılması və sərin/soyuq şəkildə içilməsi tövsiyyə olunur.
Nar meyvəsinin təbiətdən gələn xüsusiyyəti olaraq, nara rəng verən bəzi minerallar var ki, zaman içərisində çöküntü yaradır. Çöküntü məhsulun təbiiliyindən xəbər verir və olması tamamilə normal haldır.