Haqqımızda

Hekayəmiz

2012-cü ildə istehsalına başlanılmış Saville nar şirəsi məhsulları, Biləsuvar rayonunda yerləşən, müasir avadanlıqlarla təchiz olunmuş “Azərsun Kənd Təsərüffatı Məhsulları” MMC tərəfindən, dünya keyfiyyət standartlarına uyğun istehsal olunur. İstehsal prosesi gigiyena şərtlərinə uyğun olaraq həyata keçirilir, qablaşdırmalar xüsusi şəraitdə sterilizasiya edilir və məhsullar pasterizə olunur. Fabrika ilə yanaşı 310 hektar sahədə salınmış nar bağlarımızın olması məhsullarımızın təzəliyinin və keyfiyyətinin əsas zəminlərindən biri sayılır. Saville nar şirələri NFC şirə kateqoriyasına aid olaraq, soyuq sıxma üsulu ilə istehsal olunaraq artıq 40-dan çox ölkədə istehlakçıların etibarını qazanmışdır.

Missiya

İşimizin əsas fəlsəfəsi - keyfiyyətdir. Məqsədimiz - istehlakçımıza sağlıq və fayda bəxş etməkdir. Hədəfimiz, heç bir qatqısı olmayan, konservantsız, özündə təbiiliyi ehtiva edən, müştərilərin sağlamlığına töhfə olaraq istehsal etdiyimiz məhsullarımızla fayda vermək, istək və təlabatı ən ideal şəkildə ödəmək və dövrün tələblərinə  ən yüksək şəkildə cavab verməkdən ibarətdir. 

Biz sevgi ilə çalışaraq  istehsal etdiyimiz hər məhsul çeşidində istehlakçımızı düşünür, eyni etimadı, inam və etibarı müştərimizdən görürük. Bu sevgidən ilhamlanaraq daha böyük uğurlar əldə etmək üçün inamla addımlayırıq.

Vizyon

Vizyonumuz, ən yüksək keyfiyyət standartlarına cavab verən, təbii məhsul istehsal edərək qlobal marka olmaq və bir Azərbaycan məhsulunu "Made in Azerbaijan" adı altında bütün dünyaya təqdim etməkdir. Bunun üçün qürur və sevgi ilə çalışırıq!

Niyə Saville?

Azərbaycanın nar bağlarından toplanılmış, 100% təbii, GMO-suz, seçilmiş narlardan istehsal olunan Saville nar şirələrinin tərkibində konservant, şəkər əlavəsi, suni aroma və dad vericilər kimi qatqı maddələri yoxdur. 

  • Təzə sıxılmış
    • Saville nar şirələri soyuq preslənmə üsulu ilə əldə edilir və prosesdə meyvələr heç bir isti təsirə məruz qalmır. Soyuq preslənmə üsulu, narın tərkibindəki bütün vitaminlər, minerallar və digər qida dəyərlərindən 100% faydalanmağa imkan yaradır.
  • Konsentratsız
    • Birbaşa öz bağlarımızdan toplanan nar dənələrindən sıxılaraq istehsal olunan Saville nar şirəsinin tərkibində su əlavəsi belə yoxdur.
  • Şəkər əlavəsiz
    • Saville nar şirələrinin tərkibində heç bir şəkər əlavəsi yoxdur, yalnız narın özündən gələn təbii dad və şirinlik var.
  • Qatqısız
    • Saville məhsullarının tərkibində konservant və süni rəng verici, aroma verici kimi qatqı maddələri yoxdur.
  • GMO-suz
    • Saville məhsullarının hazırlanmasında, öz bağlarımızdan toplanan, tamamilə təbii üsulla yetişdirilmiş, GMO-suz narlardan istifadə olunur.
  • Şüşə qablaşdırma
    • Saville nar şirələri yalnız şüşə qablaşdırmalarda təqdim edilir. Şüşə qablaşdırmaların tərkibində heç bir kimyəvi maddə olmadığı, həmçinin qablaşdırmalar xüsusi şəraitdə sterilizasiya edildiyi üçün daha sağlıqlı və güvənilir hesab olunur. Bundan əlavə, şüşə qablaşdırma günəş işığını keçirmir, bu da məhsulların dadını və ətrini maksimum qorumasına şərait yaradır.

Sertifikatlar