Kateqoriya: Yeməklər

Narşərablı Сan Əti

Hazirlanmasi

Can əti kiçik kublar şəklində doğranılır, duz və istiot əlavə edilərək 1 x/q kərə yağı + 1 x/q qarğıdalı yağında qızardılır. Eyni tavada sarımsaq, soğan, limon suyu, narşərab, 1 x/q kərə yağı + 1 x/q qarğıdalı yağında 2-3 dəqiqə ərzində bişirilir. Daha sonra, hazırlanmış can əti kubları bu qarışıma əlavə olunaraq qarışdırılır.

Ingredients

1/2 kq can əti

10-12 ədəd körpə soğan

2 xörək qaşığı kərə yağı

2 xörək qaşığı qarğıdalı yağı

3 diş sarımsaq

1 xörək qaşığı limon suyu

¼ stəkan narşərab

1 xörək qaşığı istiot

1 çay qaşığı duz

Qızardılmış şam fıstığı