Kateqoriya: Sağlamlıq
Hər gün 250 ml nar şirəsi!
Xroniki iltihablanma - ürək xəstəlikləri, şəkər, xərçəng kimi bir çox ağır xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir. Nar meyvəsi isə, tərkibindəki antioksidantlar sayəsində, güclü iltihab əleyhinə xüsusiyyətə malikdir. Şəkər xəstələri ilə keçirilmiş 12-həftəlik araşdırma nəticələri göstərir ki, hər gün 250 ml nar şirəsi içməklə, iltihablanma göstəriciləri 30%-ə qədər azalmışdır. Bədəninizdəki iltihablanmanı azaltmaq üçün, pəhrizinizə nar şirəsi əlavə etməyiniz məsləhətdir.
Məhsullar
Sağlamlıq
İran tədqiqatlarçıları tərəfindən aparılan araşdırmada, yüksək qan lipidləri olan 22 diabet xəstəsində 8 həftə ərzində gündə 40 qram nar suyu içməklə ümumi xolesterol və LDL səviyyələrinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunmuşdur. Bu araşdırma, nar şirəsinin diabet xəstələrində ürək risk faktorlarını əhəmiyyətli dərəcədə azaltdığını iddia edir.
ƏtraflıSağlamlıq
İsrail tədqiqatlarçıları tərəfindən aparılan araşdırmada, yalnız 10 gün nar şirəsi istifadəsi zamanı, makrofaj oksidant səviyyəsinin azalması və hüceyrə antioksidant səviyyəsinin artması müşahidə olunmuşdur. Bu da, narın antioksidant gücü, ateroskleroz və digər ürək xəstəlikləri ilə mübarizə qabiliyyətinin sübutudur.
ƏtraflıSağlamlıq
Nar, antioksidantlar, polifenollar və birləşən linolenik turşu ilə zəngin olduğu üçün, maddələr mübadilənizi yaxşılaşdırmaqda və çəki atmanızda sizə kömək ola bilər. Nar suyunun həm də, iştah kəsici xüsusiyyəti vardır.
Ətraflı