Kateqoriya: Sağlamlıq
Sağlam çəki!
Nar, antioksidantlar, polifenollar və birləşən linolenik turşu ilə zəngin olduğu üçün, maddələr mübadilənizi yaxşılaşdırmaqda və çəki atmanızda sizə kömək ola bilər. Nar suyunun həm də, iştah kəsici xüsusiyyəti vardır.
Məhsullar
Sağlamlıq
İsrail tədqiqatlarçıları tərəfindən aparılan araşdırmada, yalnız 10 gün nar şirəsi istifadəsi zamanı, makrofaj oksidant səviyyəsinin azalması və hüceyrə antioksidant səviyyəsinin artması müşahidə olunmuşdur. Bu da, narın antioksidant gücü, ateroskleroz və digər ürək xəstəlikləri ilə mübarizə qabiliyyətinin sübutudur.
ƏtraflıSağlamlıq
Xroniki iltihablanma - ürək xəstəlikləri, şəkər, xərçəng kimi bir çox ağır xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir. Nar meyvəsi isə, tərkibindəki antioksidantlar sayəsində, güclü iltihab əleyhinə xüsusiyyətə malikdir. Şəkər xəstələri ilə keçirilmiş 12-həftəlik araşdırma nəticələri göstərir ki, hər gün 250 ml nar şirəsi içməklə, iltihablanma göstəriciləri 30%-ə qədər azalmışdır. Bədəninizdəki iltihablanmanı azaltmaq üçün, pəhrizinizə nar şirəsi əlavə etməyiniz məsləhətdir.
ƏtraflıSağlamlıq
Bir çox araşdırmalar, nar şirəsinin onkoloji xəstəliklər üzərində necə effektiv təsirlərə malik olduğunu sübut etmişdir. Nar ekstraktı kimi təbii agentlər, əks təsirlərə səbəb ola biləcək bahalı kemoterapevtik agentlərdən fərqli olaraq daha etibarlı və qənaətcil hesab olunur. Həmçinin, müəyyən kemoterapi dərmanlarının zərərli yan təsirlərindən qorumaqla yanaşı, bu dərmanların təsirini artırmaq gücünə də malikdir.
Ətraflı